Dünya şöhrətli aktrisa Nikol Kidman Harris Dikinson və Antonia Banderasın baş rollarda çəkildiyi "Babygirl" filminin çəkilişləri ilə bağlı diqqətçəkən etiraflar edib.
Kulis.az xəbər verir ki, filmdə "Romy" obrazını canlandıran 57 yaşlı Nikol Kidman filmdəki erotik səhnələri çəkərkən bəzən çətinlik çəkdiyini dilə gətirib.
Xüsusilə 28 yaşlı Harris Dikkinsonla cinsi əlaqə səhnələri zamanı həddindən artıq həyəcanlandığını etiraf edən ulduz, "Artıq orqazm olmamaq üçün çəkilişlərə ara verməli oldum" -, deyə açıqlama verib.
Qeyd edək ki, yanvarın 10-da İngiltərədə nümayiş olunacaq filmdə Nikol Kidman gənc təcrübəçiyə aşiq olan qadın menecer rolunu oynayır.