AZ

“Əvvəl “hacı” deyəndə müqəddəs torpaqlar, indi isə Şəbnəm yada düşür” - Şok sözlər

Aktyor Fərda Xudaverdiyevin müğənni Şəbnəm Tovuzlu haqda dedikləri ifaçını əsəbiləşdirib. Belə ki, Fərda “Xəbər-ətər” proqramında “hacı” mövzusuna toxunub: “Hacı” deyəndə bir zamanlar hamının ağlına müqəddəs torpaqlar gəlirdi, indi isə Şəbnəm Tovuzlu gəlir. Bu zarafatı verilişimdə edəcəkdim. İnşallah, Şəbnəmin xətrinə gəlməz. Şəbnəmin kod adı “hacı”dır. Əgər Şəbnəmlə bundan gözəl zarafat edən olsa, ondan üzr istəməyə hazıram. Sən mahnı oxuyursan, mən də söz yazıram. Burada nə var ki?!”

Proqramda yer alan Şəbnəm aktyora “Bu adama nə deyim, dostumdur da. Ona görə bu dəfə keçirəm. Həddini aşmadan, sərhədini keçmədən zarafat etmək olar, burada nə var ki? Bunu Coşqun-Rafael də etmişdi. Gülmüşdük. Hər şey normada olanda incimirəm, zarafatı qəbul edirəm. Amma hər şey qaydasında” cavabını verib.

Seçilən
22
2
show.az

8Mənbələr