AZ

QURANDA VARLIQ SAYININ 7 OLMASI MÖCÜZƏSİ- ALİMİN ŞƏRHİ

Yaxud, varlıq saylarının da 7 olması ilə bağlı - Quranda düşünən insanlara aşkar işarələr (eyhamlar)...

 Ukraynanın və Azərbaycanın kimya elmləri doktoru, “Kolloid Kimyası” ixtisası üzrə Azərbaycanda yeganə kimya elmləri doktoru, Rusiya Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü, Avropa Təbiət Elmləri Akademiyasının professor və akademiki Rahim Abas oğlu Daşdiyevin potensial Elmi Kəşf timsalında “Varlıq saylarının da 7 olması ilə bağlı - Quranda düşünən insanlara aşkar işarələr (eyhamlar)” mövzusunda aktual silsilədən olan növbəti yazını Tezadlar.az oxucularına təqdim edirik: 

Xatırladırıq ki, Rahim Daşdiyev Həcc ziyarətində olmuş, bp Azərbaycan şirkətində 20 il müddətində Ekologiya üzrə 8 nəfər yerli alimlərdən ibarət işçi qrupun üzvü və rəhbəri olmuş, 8 kitab (ikisi ingilis dilində), 100-ə yaxın patent müəllifi, son 3 ildə Almaniyada qeydiyyatdan keçmiş ikisi Quran ayələri ilə əlaqəli çoxsaylı Elmi Kəşfləri ilə ixtisası üzrə (nanokolloid kimyası əsasında neft-mədən nanoekotexnologiyaları) dünyada rekord göstəricilərlə uğur qazanan, Azərbaycan Respublikası Prezidenti tərəfindən “Tərəqqi”, Almaniyada isə ATEA prezidenti tərəfindən “Wilhelm Leibniz”və “Alexander von Humboldt” medalları ilə təltif edilmişdir…

***

VARLIQ SAYLARININ DA 7 OLMASI İLƏ BAĞLI - QURANDA DÜŞÜNƏN İNSANLARA AŞKAR İŞARƏLƏR (EYHAMLAR)

Quranda göyün və yerin 7 qat olması ilə bağlı ayələr (ixtisarla):

2.29.Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur (Allahdır)! O, hər şeyi biləndir!

17.44. Yeddi göy, yer və onlarda olanlar (bütün məxluqat) Allahı təqdis edir...

20:6. Göylərdə və yerdə, onların arasında və torpağın altında (yeddi qat yerdə) nə varsa (hamısı) Onundur.

23.17. And olsun ki, Biz sizin üstünüzdə yeddi yol (göy) yaratdıq. Biz (onların altındakı) məxluqatdan da xəbərsiz deyilik. (Onları qoruyub saxlayır, nə etdiklərini bilirik).

23.86. De: "Yeddi (qat) göyün Rəbbi, o (böyük) əzəmətli ərşin Rəbbi (sahibi) kimdir?

41.12. Allah onları (səmaları) yeddi (qat) göy olaraq iki gündə əmələ gətirdi...

53.13. And olsun ki, (Muhəmməd əleyhiissəlam Cəbraili öz həqiqi surətində) başqa bir dəfə də (me’rac vaxtı) görmüşdü;

53.14. (Yeddinci göydəki) Sidrətül-müntəhanın yanında.

65.12. Yeddi (qat) göyü və bir o qədər də yeri yaradan Allahdır...

67.3. Yeddi göyü (bir-birinin üstündə) qat-qat yaradan da Odur...

71.15. Məgər görmürsünüz ki, Allah yeddi göyü (bir-birinin üstündə) qat-qat necə yaratdı?!

78.12.Üstünüzdə yeddi (qat) möhkəm (göy) qurduq.

7 rəqəmi ilə bağlı digər Quran ayələri (ixtisarla):

Quranın ilk surəsi “Fatihə” 7 ayədir.

2:261.Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır...

12.43. (Bir gün) padşah (Misir padşahı) belə dedi: "Mən (yuxuda) yeddi arıq inəyin yeddi kök inəyi yediyini, həmçinin yeddi yaşıl və yeddi quru sünbül (quru sünbüllərin yaşıl sünbüllərin üstünə qalxıb bellərinə sarıldığını) gördüm...

12:46. (Cavan oğlan padşahın izniylə zindana gəlib dedi: ) "Yusif! Ey doğru danışan adam, bizim üçün bir yoz görək! Yeddi arıq inək yeddi kök inəyi yeyir. Yeddi yaşıl sünbül, yeddi də quru sünbül. (Bir bunun mə’nasını mənə izah elə)...

12.47. (Yusif) belə cavab verdi: "Yeddi il adətiniz üzrə (həmişəki kimi) əkin. Yediyiniz az bir miqdar istisna olmaqla, qalan biçdiyinizi (artıq qalan məhsulu) isə sünbüldə saxlayın.

12.48.Sonra bunun ardınca yeddi il quraqlıq (qıtlıq) olacaq. Onda əvvəlcədən həmin illər üçün tədarük etdiyinizi yeyər, yalnız az bir miqdar (toxumluq) saxlayarsınız.

15.44. (Cəhənnəmin) yeddi qapısı (təbəqəsi) var. Hər qapıdan müəyyən bir dəstə girər.

16.112. Allah bir şəhəri (Məkkəni) misal gətirir. O şəhər əmin-amanlıq və arxayınlıq içində idi. Lakin (əhalisi) Allahın ne’mətini inkar etdi, Allah da həmin şəhərə (sakinlərinin) etdikləri əməllərə görə (yeddi il) aclıq və qorxu bəlası daddırdı.

23.75. Əgər Biz onlara rəhm edib düşdükləri müsibətdən qurtarsaq, onlar şaşqın vəziyyətdə yenə də azğınlıqlarında davam edərlər. (Məkkəyə yeddi il ərzində aclıq, qıtlıq üz vermişdi...

28.24.... (Musa yeddi gün idi ki, çöldəki otlardan başqa yeməyə bir şey tapmırdı. Buna görə də Allahdan yemək üçün bir ruzi dilədi).

31.27. Əgər yer üzündəki bütün ağaclar qələm, dərya da arxasından yeddi dərya qatılaraq (mürəkkəb) olsaydı, yenə də Allahın sözləri (yazmaqla) tükənməzdi. Həqiqətən, Allah yenilməz qüdrət, hikmət sahibidir!

69.6. Ad (qövmü) isə uğultulu, çox (soyuq və) siddətli bir küləklə tar-mar oldu.

69.7. Allah o küləyi yeddi gecə, səkkiz gün ardı-arası kəsilmədən onların üstünə əsdirdi...

72.16. (Sonra mənə belə vəhy olundu: ) Əgər onlar (Məkkə müşrikləri) o yolda (islam dinində) doğru olsaydılar, Biz onlara (yeddi il davam edən quraqlıq və qıtlıq əsnasında) bol yağış verərdik...

Dünyəvi elmlərdə 7 rəqəmi

Yeddi not;

İşığın dispersiya spektrinin yeddi əsas rəngdən (qırmızı; narıncı; sarı; yaşıl; mavi; göy; bənövşəyi) ibarət olması;

Həftənin yeddi gün olması;

Və s.

İLKİN NƏTİCƏ

Çoxsaylı Quran ayələrində 7 rəqəminin diqqətə gətirilməsi Allahın dünya və Axirət yaradılışında “Varlıq saylarının da 7 olması ilə bağlı - Quranda düşünən insanlara aşkar işarələr (eyhamlar)” mövzusunun aktuallığına dəlalət edir.

Allahın dünya yaradılışındakı varlıqları

1.Mələklər, - nurdan yaradılmışdır (Səhih Muslim, 2996);

2.Cinlər, - tüstüsüz oddan yaradılmışdır (15.27);

3.İnsanlar – İlk insan Adəmin qara palçıqdan yaradılması (6.2; 15.26). Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun!... (4.1)

Allahın Axirət yaradılışındakı nədən yaradılmaları haqqında bilgilərin yalnız Qeyb Elminə bəlli olan 4, 5, 6 və 7-ci varlıqları ilə bağlı Quranda düşünən insanlara aşkar işarələr (eyhamlar).

4 və 5-ci varlıqlarla bağlı Quranda düşünən insanlara aşkar işarələr (eyhamlar)

Allahın yalniz cənnətdə cənnət üçün yaratdığı varlıqları (hurilər və həmişəcavan oğlanlardan ibarət xidmətçilər) (52.20, 52.24; 56.22, 56.23, 56.34-37, 56.17, 55.56, 55.58, 55.70, 55.72, 55.74, 76.16, 76.19; 78.33).

52.20. Səf-səf düzülmüş taxtlara söykəndiyiniz halda!" Biz onları iri (ahu) gözlü hurilərlə evləndirəcəyik.

52.24. Onların ətrafında (xidmət üçün) özlərinə məxsus olan, sədəf içində gizlənmiş inci kimi gözəl oğlanlar dolanacaqlar.

55.56. Orada (o cənnətlərdə) gözlərini (yalnız ərlərinə) dikmiş, bundan əvvəl özlərinə heç bir ins-cins (insan və cin) toxunmamış qadınlar vardır

55.58. Onlar (o qadınlar rəng və gözəllikcə), sanki yaqut və mərcandırlar.

55.70. Orada (o cənnətlərin hamısında, dördündə də) xoş xasiyyətli, gözəl üzlü qadınlar vardır.

55.72. Çadırlarda gözlərini (yalnız öz ərlərinə) dikmiş hurilər vardır.

55.74. Onlara (ərlərindən) əvvəl heç bir ins-cins toxunmamışdır.

56.17. Onların dövrəsində həmişəcavan xidmətçi oğlanlar dolanacaqlar;

56.20. (O cavan xidmətçilər Cənnətdə olanların) bəyənib seçdikləri meyvələr

56.21. Və istədikləri hər cür quş əti ilə (onların dövrəsində fırlanacaqlar).

56.22. (Onlar üçün orada) iri (ahu) gözlü, qəşəng hurilər də vardır.

56.23. (O hurilər rəng və gözəllikcə) sanki sədəf içində gizlənmiş (qorunub-saxlanmış) incidirlər.

56.34. Və (bir-birinin üstünə yığılmış) hündür döşəklər üstündə (yaxud yüksək əxlaq və qeyri-adi gözəllik sahibi olan qadınlar yanında) olacaqlar!

56.35. Şübhəsiz ki, Biz onları (huriləri) başqa cür (yeni bir yaradılışla, doğulmadan) yaradacağıq!

56.36. Onları bakirə qızlar,

56.37. Ərlərini sevən, həmyaşıdlar edəcəyik.

76.19. Onların dövrəsində həmişəcavan (xidmətçi) oğlanlar olacaqdır. Onları gördükdə, sanki (ətrafa) səpilmiş inci olduqlarını zənn edərsən.

Qeyd edilən ayələrlə bağlı Allah tərəfindən Cənnətdə yaradılacaq 4-cü və 5-ci varlıqlar haqqında nəticələr:

 -Cənnət əhli üçün yaradılacaq Huriləri Allahın 4-cü varlıqları adlandırmaq olar. 4-cü varlıqların nədən yaradılması bilgiləri yalnız və yalnız Allahın Qeyb Elminə bəllidir;

-Cənnət əhli üçün yaradılacaq həmişəcavan (xidmətçi) oğlanları Allahın 5-ci varlıqları adlandırmaq olar. 5-ci varlıqların nədən yaradılması bilgiləri də həmçinin yalnız və yalnız Allahın Qeyb Elminə bəllidir. 6 və 7-ci varlıqlarla bağlı Quranda düşünən insanlara aşkar işarələr (eyhamlar)

Allahın Cənnət insanlarını dünyəvi insanlardan fərqli olaraq yeni varlıq etməsi ilə bağlı Quranda düşünən insanlara aşkar işarələr (eyhamlar) (ixtasarla):

4.57.İman gətirən və yaxşı işlər görən şəxsləri (ağacları) altından çaylar axan cənnətlərə daxil  edəcəyik ki, orada əbədi qalsınlar. Orada onları pak zövcələr gözləyir. Biz onları daim rahatlıq verən sıx (ləzzətli) kölgəlikdə yerləşdirəcəyik.

7.43.Biz onların (cənnət əhlinin) ürəklərindəki kin-küdurəti çəkib çıxardarıq…

15.47. Biz onların ürəklərindəki kin-küdurəti çıxarıb atdıq. Onlar qardaş olub taxt üstündə qarşı- qarşıya əyləşərlər.

15.48. Onlara orada (Cənnətdə) heç bir yorğunluq (zəhmət) üz verməz. Onlar oradan çıxan da deyillər. (Cənnətdə əbədi qalacaqlar).

76.13.Allahın cənnət əhlini günəş və şaxtadan qoruması.

Allahın Cəhənnəm insanlarını dünyəvi insanlardan fərqli olaraq yeni varlıq etməsi ilə bağlı Quranda düşünən insanlara aşkar işarələr (eyhamlar) (ixtasarla):

4.56.Ayələrimizi inkar edənləri oda (Cəhənnəmə) atacağıq. Onların dəriləri bişdikcə, əzabı (həmişə) dadsınlar deyə, o dəriləri başqası ilə əvəz edəcəyik...

7.40. Ayələrimizi yalan hesab edənlərə və onlara təkəbbürlə yanaşanlara göyün qapıları açılmaz (əməlləri, duaları qəbul olunmaz, ruhları göyə qalxmaz) və dəvə iynənin gözündən keçməyənə qədər onlar da Cənnətə daxil ola bilməzlər. Biz günahkarlara (müşriklərə və kafirlərə) belə cəza veririk!

7.41. Onlar üçün Cəhənnəmdən (cəhənnəm odundan) döşək və üstlərinə örtmək üçün (atəşdən) yorğan vardır. Biz zalımları belə cəzalandırırıq!

Cəhənnəm əhlinin qidaları (37.62-68):

37.62. (Ey insanlar!) Qonaq olmağa (ziyafət üçün) bu (Cənnət) yaxşıdır, yoxsa (Cəhənnəmdəki pis qorxulu, meyvəsi zəhər kimi acı) zəqqum ağacı?

37.63. Biz onu zalımlar (cəhənnəm istisində heç bir ağac bitməz deyən kafirlər) üçün bir bəla (dərd) etdik.

37.64. O elə bir ağacdır ki, Cəhənnəmin lap dibindən (cəhənnəm odunun içindən) çıxar.

37.65. Onun meyvəsi şeytanların başı kimidir (olduqca çirkin və əcaibdir).

37.66. Onlar (cəhənnəm əhli) ondan yeyəcək və qarınlarını onunla dolduracaqlar.

37.67. Sonra onlar üçün (içməyə) qaynar su ilə qatışmış irin vardır.

37.68. Daha sonra onların qayıdacaqları yer mütləq yenə Cəhənnəmdir!

70.15. Xeyr (bu mümkün deyildir). Həqiqətən, o (Cəhənnəm) alovlu atəşdir.

70.16. (Elə bir atəş ki) başın dərisini sıyırıb çıxardır (dərini sümükdən ayırır).

Qeyd edilən ayələrlə bağlı Allah tərəfindən Cənnət və Cəhənnəm əbədi məkanlarında yaradılacaq 6-cı və 7-ci varlıqlar haqqında nəticələr:

-Cənnət insanlarını dünyəvi insanlardan fərqləndirən əsas keyfiyyətlər:

Orqanizmlərin atom-molekul-hüceyrə quruluşunun, ürəklərindəki kin-küdurətin çıxarılma mexanizminin, qidalanmada həzm-ifrazat proseslərinin və Cənnət evliliyində yeni nəsil verməmələrinin yalnız Qeyb Elminə bəlli olan sirrləri və bu səbəblərdən də Cənnət insanlarının qocalmayan, xəstələnməyən, yorulmayan olmaqla əbədi həyatı. Beləliklə, 6-cı varlıq olan Cənnət insanlarının nədən yaradılması bilgiləri də həmçinin yalnız və yalnız Allahın Qeyb Elminə bəllidir.

-Cəhənnəm insanlarını dünyəvi insanlardan fərqləndirən əsas keyfiyyətlər:

Orqanizmlərin atom-molekul-hüceyrə quruluşu və hər bir atəşdən (odla yanmadan) sonra özünü bərpa texnologiyalarının, qidalanmada həzm-ifrazat proseslərinin yalnız Qeyb Elminə bəlli olan sirrləri və bu səbəblərdən də Cəhənnəm insanlarının Cəhənnəm qida və əbədi atəşinə ölmədən əbədi olaraq məhkum olmaları. Beləliklə, 7-ci varlıq olan Cəhənnəm insanlarının nədən yaradılması bilgiləri də həmçinin yalnız və yalnız Allahın Qeyb Elminə bəllidir.

NƏTİCƏ

Beləliklə, Tükənməz Elm Mənbəyi olan Quran bilgilərinə əsasən belə qənaətə gəlmək olar ki, bütövlükdə Allahın yaratdığı varlıqların sayı 7, canlıların sayı isə heyvanlar və bitkilərlə birlikdə 9 olur.

Əsas mənbə:

Quran (V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi), 1992.

Təqdim etdi: A.Məmmədli

Seçilən
21
tezadlar.az

1Mənbələr