AZ

Avropa Yenidənqurma və İnkişaf Bankına qarşı dələduzluqda ittiham olunan şəxslə bağlı qərar verilib

Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı nümayəndəliyinə qarşı dələduzluqda ittiham olunan Kənan Rəsulovun cinayət işi ilə bağlı hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə keçirilib.

APA xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə yekun məhkəmə aktı çıxarılıb. Kasasiya şikayəti qismən təmin edilib. Cinayət Məcəlləsinin 195.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilib, onunla bağlı 1 il müddətinə azadlığın məhdudlaşdılması cəzası ləğv olunub. Ona digər maddələrlə qəti olaraq 3000 manat məbləğində cərimə cəzası kəsilib.

Qeyd edək ki, Rəsulov Kənan Fuad oğlu Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycanda olan nümayəndəliyinə saxta sənədlər təqdim edərək 2 milyon dollar kredit götürməkdə ittiham olunur. "H and M Agro” MMC şirkətinin qanuni təmsilçisi Kənan Rəsulov 2022-ci ildə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) istixanaların ərazisinin genişlənməsi üçün 2 milyon dollar məbləğində kredit ayrıb.

Baş Prokurorluğun yaydığı məlumata görə, Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan Respublikasında olan nümayəndəliyinə saxta sənədlər təqdim edilməklə həmin bankdan külli miqdarda kredit götürülməsi barədə daxil olmuş məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb və Kənan Rəsulov təqsirləndirilən şəxs qismində həbs edilib.

Məhkəmə ona 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası və cərimə təyin edib.

Seçilən
9
apa.az

1Mənbələr