AZ

43 aydan sonra terrorçuların lideri ilə görüşdü

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalının Abdullah Öcalanla bağlı çıxışından sonra PKK terror təşkilatının lideri ilə görüş keçirilib.

 

Modern.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, 43 aydan sonra terror təşkilatının lideri ilə görüşə icazə verilib.

 

Abdullah Öcalanın qardaşı oğlu, DEM Partiyasının Şanlıurfadan seçilən deputatı Ömər Öcalan oktyabrın 23-də əmisi ilə görüşdüyünü açıqlayıb.

 

O, bildirib ki, Öcalan şərtlər yaranarsa, prosesi münaqişə və zorakılıq zəminindən hüquqi və siyasi zəminə çəkəcək nəzəri və praktik gücə malik olduğunu deyib.

 

Qeyd edək ki, PKK terrorçularının lideri Öcalan 1999-cu ildə tutulub və ömürlük həbsə məhkum edilib. O, hazırda İmralı F Tipi Yüksək Təhlükəsizlik Həbsxanasında saxlanılır.

 

Xatırladaq ki, iki gün öncə Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı parlamentdə sensasiya xarakterli çıxış edib. Baxçalı MHP-nin qrup toplantısında PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalandan danışıb.

 

Öcalanı nəzərdə tutan MHP lideri “onun təcrid olunması aradan qaldırılarsa, Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxış etməli və terrora son qoyduğunu açıq şəkildə bəyan etməlidir” söyləyib. D.Baxçalı onu da deyib ki, Abdulla Öcalan PKK-nın siyasi qanadı sayılan DEM Partiyasının sıralarına qatılsın və silahı yerə qoyduğunu bəyan edib, terrorun tamamən bitdiyini, PKK-nın ləğv edildiyini hayqırsın.

Seçilən
22
modern.az

1Mənbələr