AZ

Rafinya tarixə düşdü, ''Bavariya'' antirekordunu yenilədi

Çempionlar Liqasında əsas mərhələnin 3-cü turunun ən böyük maraqla gözlənilən qarşılaşmasında sürpriz nəticə qeydə alındı.

''Barselona'' Rafinyanın het-trik etdiyi oyunda ''Bavariya''nı 4:1 hesabı ilə darmadağın etdi. Bununla da ''Barsa'' Münhen nəhənginə qarşı 6 oyunluq məğlubiyyət seriyasına çox parlaq şəkildə son qoydu. Yeri gəlmişkən, Rafinya ÇL-də ''Bavariya'' ilə oyunda het-trik edən cəmi 5-ci futbolçu kimi tarixə düşdü. Daha öncə bunu 1971-də ''Liverpul''lu Alan Evans, 2002-də ''Deportivo''lu Roy Makay, 2014-də ''Mançester Siti''li Serxio Aquero və 2017-də ''Real''ın heyətində Kriştiano Ronaldo bacarmışdı. Bundan başqa ''Bavariya'' öz antirekordunu yenilədi.

Belə ki, ötən mövsümü də nəzərə almaqla komanda ÇL-də ardıcıl 3-cü səfər oyununda uduzdu. Bundan öncə ''rekordmayster'' ''Aston Villa''ya minimal hesabla boyun əymişdisə, ötən mövsümün yarımfinalında səfərdə ''Real''a 1:2 hesabı ilə uduzmuşdu. Ən maraqlısı odu ki, ''Bavariya'' hazırda turnir cədvəlində hətta ilk turda 9:2 hesabı ilə yendiyi Zaqreb ''Dinamo''sundan da geridədi!

ƏLİ

Seçilən
22
football-plus.az

1Mənbələr