Mərkəzi Bank balansında olan nəqliyyat vasitələrini hərraca çıxarıb.
Hurriyyet.az xəbər verir ki, Mərkəzi Bank ümumilikdə 15 avtomobili hərraca təqdim edib. Hərraca müxtəlif markalı avtomobillər çıxarılıb. Onlar arasında “Mercedes Benz S500”, “Audi A8”, “Honda Accord”, “Toyota Avalon”, “Hyundai Grandeus”, “Mitsubishi Galant” markalı avtomobillər də var.
Hərraca təqdim edilən avtomobillərdən ən yüksən qiymətə təqdim edilən “Mercedes Benz S500”dür. Bank bu avtomobil üçün ilkin start qiyməti olaraq 45.150 manat müəyyənləşdirib.
Markəzi bankın balansında olan avtomobillərin satışı ilə bağlı hərrac 26 noyabr tarixində baş tutacaq./Tribunainfo.az/