AZ

5 il sonra Öcalana icazə verildi

İmralı həbsxanasında saxlanılan PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın qardaşı oğlu, DEM partiyasından olan deputat Ömər Öcalan dünən onunla görüşüb.

Publika.az
xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, saat 11:00-da başlayan görüş iki saat davam edib.

Öcalanla sonuncu dəfə görüş 2019-cu ilin 12 avqust tarixində qardaşı Mehmet Öcalanla gerçəkləşmişdi.

43 həftədən sonra baş tutan yeni görüş MHP lideri Dövlət Baxçalının Öcalanla bağlı verdiyi açıqlama fonunda diqqət çəkir. Baxçalı bildirib ki, “Öcalanın təcridi qaldırılırsa, gəlsin TBMM-də DEM Partiyasının qrup toplantısında danışsın, terrorun tamamilə bitdiyini və təşkilatın (PKK) ləğv edildiyini elan etsin”.

Bu açıqlama Türkiyədə “zəlzələ effekti” yaradıb. Açıqlamadan bir gün sonra isə PKK terror təşkilatı Ankarada terror aktı törədib. Terror aktının törədildiyi gün İmralıda Öcalanla görüşün keçirilməsi də diqqətçəkən detaldır.

Asif

Seçilən
19
publika.az

1Mənbələr