AZ

"Barselona"ya tarix yazmaq üçün gəlmişəm" - Rafinya

Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda evdə "Bayern Münhen"i 4:1 hesabı ilə məğlub edən "Barselona"nın vingeri Rafinya 3 qol vurduğu oyun barədə fikirlərini bölüşüb.

"Unikal" xəbər verir ki, matçın ən yaxşı oyunçusu seçilən braziliyalı futbolçunun sözlərini "Barca Universal" belə çatdırıb:

"Bu matç karyeramın ən yaxşı oyunlarından biridir. Belə klubda oynamaq üçün böyük düşüncələrin olmalıdır. Bunu əvvəllər də demişəm... "Barselona"ya tarix yazmaq üçün gəlmişəm. İstəyimə çatmaq naminə hər gün səylə çalışıram".

Seçilən
22
50
unikal.az

10Mənbələr