Müğənni Xatun Əliyeva xeyli arıqlaması ilə diqqət çəkib.
Yenisabah.az xəbər verir ki, müğənni arıqlamasına Xalq artisti Aygün Kazımovanın səbəb olduğunu deyib.
“Aygün xanımın ad gününə getmişdim. Dedi, sən hara belə kökəlirsən? Mütləq çəki atmalısan. Mən də ondan sonra diqqət etməyə başladım”, - Xatun bildirib.
Müğənni həm xeyli arıqlayıb, həm də saç düzümünü, saç rəngini dəyişib./Lent.az
Telegram kanalımız