Avropa Liqasının Liqa mərhələsinin III turunun "Qarabağ" - "Ayaks" matçından (0:3) sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.
"Əfsuslar olsun ki, məğlub olduq. Oyuna çox yaxşı başlamışdıq. Müdafiə olunmaq istəmirdik. Futbolçularımız qırmızı vərəqə almağı xoş olmadı. Əlimizdə olan oyunçuların sayı azalırsa, bu, əlavə problemdir. Amma futbolçularımın cəsarətindən razı qaldım. Böyümək üçün bir çox elementləri keçməliyik. Bu gün bunun şahidi olduq. Belə böyük oyunlarda bu cür bəsit kartlar verilirsə, deməli biz yenə bəzi xırda detallara fikir verməliyik. Azarkeşlərimizə təşəkkür edirəm. Bu cəsarəti qoruyub-saxlasaq, qarşıdakı oyunlarda daha yaxşı nəticələr əldə edəcəyik. Buna inanıram. Bir daha gördük ki, böyük komandalar kiçik fürsətlərdən necə istifadə edirlər".
- Ötən mövsüm demişdiz ki, Elvin Cəfərquliyev yersiz vərəqələr almağa davam etsə, onunla daha ciddi söhbət edəcəyəm. Elvinlə bağlı hansısa tədbir görmək fikriniz var?
- Söhbət mütləq olacaq. Amma futbol mübarizə oyunudur. Belə epizodlarda qırmızı vərəqə verirlərsə, futbol oynamayaq. Hakimlərin bəzi qərarları mənim üçün maraqlı olur. İkinci hissədə Juninyonu iki əllə yıxanda penalti vermirsə, Romaonun mərkəzdə etdiyi qayda pozuntusuna niyə qırmızı vərəqə verir? Bəlkə də biz qaydaları dərindən bilmirik. Elvinin epizoduna gəlincə, biz komanda azlıqdadırsa, hesabda geridədirsə və ikinci "sarı"nı verirsənsə, məncə, bunun arxasında nəsə durur. Bizim ölkəyə bir az pozitiv fikirlə gəlsələr, yaxşı olar. Heç vaxt hakimlərin üzərinə getməmişəm. Nolsun ki, biz "Qarabağ"ıq, böyük kluba qarşı oynayırıq. Belə yanaşma olmaz.
- Qərarlardan UEFA-ya şikayət etməyi planlaşdırırsız?
- Yəqin ki, yox. Bir-iki dəfə etmişik, amma nəticəsi olmayıb. Oyun başa çatıbsa, faydası olmayacaq. Hakimlik barədə danışmasaq, yaxşıdır.
- Bu gün iki futbolçu cəzalı duruma düşdü. "Bodo-Qlimt"lə matçda nə edəcəksiz?
- Nə lazımdırsa, edəcəyik. Səfərə çəkinmədən, inamla gedəcəyik. 7 xalları var, hələ məğlub olmayıblar. Ələlxüsus evdə rəqibə oynamağa imkan vermirlər. Amma digər futbolçularımız var. Əlimizdə olanlarla yaxşı nəticə əldə etməyə çalışacağıq.
- Bəhlul Mustafazadənin start heyətində oynamamasının səbəbi nə idi?
- Kevin Medina və Bədavi Hüseynov bu gün daha hazır idi. Bəhlulun da səhvləri olub. Amma o bizim əsas oyunçumuzdur. Məşq prosesində özünü yaxşı göstərəcəksə, yenə onu əsas heyətdə görəcəyik.
UEFA Avropa Liqası: “Fənərbaxça” “Mançester Yunayted”ə qarşı - YENİLƏNİR
ÇL: “Barselona” “Bavariya”nı darmadağın etdi, “İnter” son dəqiqədə 3 xal qazandı - YENİLƏNİB
Avropa Liqası: "Qalatasaray" 3 xalı 4 qolla qazandı - YENİLƏNİR
Daniele Ruqani: "Bakıya qələbə üçün gəlmişik"
Françesko Farioli: “Qarabağ” güclü rəqibdir, bir çox titulları var"