AZ

Maya Sandu: "Seçkilərin nəticələri ləğv edilməyəcək"

Moldova prezidenti Maya Sandu bəzi seçicilərin rüşvət alması ilə bağlı məlumatlara baxmayaraq, prezident seçkilərinin nəticələrinin ləğvi ilə bağlı mətbuatda səslənən təklifləri dəstəkləmir.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə o, "Telegram" kanalında yazıb.

Sandu bildirib ki, oktyabrın 20-də keçirilən seçkilər zamanı böyük rüşvətxorluq şəbəkəsinin olması barədə müvafiq orqanlar tərəfindən məlumatlandırılıb.

“Bizdən soruşdular ki, bu, bu seçkilərin tanınmaması və təkrar seçkilərin təşkili üçün əsasdırmı? Seçki prosesi bir mühüm səbəbə görə dayandırılmamalıdır”- Sandu bildirib.


Müəllif: Arzu
Seçilən
33
teleqraf.com

1Mənbələr