AZ

Mask oktyabr ayında Tramp üçün 43 milyon dollardan çox pul xərcləyib

Amerikalı iş adamı və sahibkar İlon Mask oktyabrın ilk iki həftəsində Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın prezidentlik kampaniyasına dəstək üçün 43 milyon dollardan çox vəsait ayırıb...

Poliqon xəbər verir ki, bu barədə Amerikanın “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.

“İlon Mask Donald Trampı dəstəkləyərək özünün super siyasi fəaliyyət komitəsinə oktyabrın birinci yarısısında daha 43,6 milyon dollar sərmayə qoyub”, deyə nəşr yazır.

Bundan əlavə, “Politico”nun məlumatına görə, amerikalı sahibkar bu müddət ərzində ABŞ Senatında Respublikaçılar Partiyasını dəstəkləmək üçün də 10 milyon dollar xərcləyib.

Nəşr yazır ki, Mask ümumilikdə Trampı və ABŞ respublikaçılarını dəstəkləmək üçün 118 milyon dollar xərcləyib.

Xatırladaq ki, ABŞ-da 60-cı prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib.

Poliqon.info

Seçilən
25
16
poliqon.info

10Mənbələr