AZ

Yolda qalan sürücünün köməyinə polis əməkdaşları çatdı - VİDEO

Avtomobildə yaranan texniki nasazlıq səbəbindən yolda qalan sürücünün köməyinə YPX əməkdaşları çatıb.

"Unikal" xəbər verir ki, respublika əhəmiyyətli Ələt-Astara avtomobil yolunun 23-cü kilometrliyində, Bakı istiqamətindən hərəkətdə olan “Ford Transit” markalı yük avtomobilinin arxa təkərində yaranan problemlə əlaqədar sürücü məcburi dayanma edib. Dislokasiya üzrə xidmət aparan Baş DYP İdarəsinin YPX Alayının əməkdaşları faktı aşkar edərək köməksiz qalan sürücüyə yaxınlaşıb.

Təmir işlərinin təhlükəsiz şəraitdə aparmasını təmin edən YPX əməkdaşları, həm də bu işdə sürücüyə yardım göstəriblər. Nasazlığı aradan qaldıran sürücü hərəkətinə davam edib.

Seçilən
89
50
unikal.az

10Mənbələr