Rusiyanın Gürcüstanda keçirilən seçkilərə heç bir təsiri yoxdur.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Euronews" telekanalına müsahibəsində deyib.
“Rusiyanın Gürcüstana təsiri yoxdur. Onların təsir etdiyi siyasi partiya yoxdur. Media kanalları ilə də onların əlaqəsi yoxdur. Buna görə də Rusiya Gürcüstanda seçkilərə təsir edə bilmir”, - Kobaxidze deyib.