AZ

Qarabağda kabab çəkən bu qurum ləğv edilməlidir! – Söz Paşinyanda…

(ATƏT-in Minsk Qrupu həmsədrləri Qarabağda eyş-işrət məclisində)

“Ermənistanın Baş naziri Nikol Paşinyanın son açıqlamaları Azərbaycanın qəbul etməyəcəyi şərtlərin irəli sürməsinin təsadüfi olmadığını göstərir”.

Bunu Globalinfo.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının idarə heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

Onun sözlərinə görə, COP29 öncəsi Bakıya qarşı təzyiqlər Ermənistanın konstruktiv mövqe sərgiləmədiyini sübut edir:

“İrəvan Qərbin diktəsi ilə hərəkət etməklə öz maraqlarını reallaşdıra biləcəyini düşünür. Paşinyan hökuməti COP29 öncəsi Azərbaycana qarşı təzyiq alətləri formalaşdırmağa çalışır və bununla öz maraqlarına uyğun sülh sazişi imzalaya biləcəyinə ümid edir. Əlbəttə, bu, kökündən yanlışdır. Rəsmi Bakı sülh sazişinin imzalanması üçün prioritetlərindən geri çəkilməyəcək. Ermənistan xarici təzyiqlərə güvənməyi davam etdirdiyi müddətdə daha çox problemlərlə üzləşəcək”.


Əli Zülfüqaroğlu

Ekspert bildirib ki, Ermənistanın xilası üçün sadəcə bir yolu var:

“Bu da Azərbaycanın şərtlərini qəbul etməkdir. Yəni İrəvan ilk növbədə konstitusiyanı dəyişməli, həmçinin Minsk Qrupunun de-yure ləğv edilməsi ilə razılaşmalıdır.

Nikol Paşinyan parlamentdə çıxışı zamanı COP29-un sülh prosesi üçün yaxşı imkan olduğunu dedi. O bildirdi ki, Bakıda keçiriləcək sammit diqqəti regionda mövcud problemlərə, sülh prosesinə, regional sabitliyə və inkişafa cəmləmək üçün yaxşı səbəbdir”.

Qeyd edək ki, keçmiş Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılmış Minsk Qrupu 30 il ərzində işğalı legitimləşdirməkdən başqa bir iş görməyib. Onlar Azərbaycan ictimaiyyətində daha çox işğal dövründə Qarabağda eyş-işrət məclisləri qurmaları ilə xatırlanır.

Seçilən
7127
turkustan.az

1Mənbələr