AZ

Ana 19 yaşlı qızının cəsədini marketin sobasından tapdı

Kanadada 19 yaşlı qızın meyiti işlədiyi "Walmart" supermarketinin sobasında tapılıb. Bu barədə People məlumat yayıb.

Hadisə Halifax şəhərində baş verib. Yanmış qız mağazanın çörək sexinə məxsus böyük sobada aşkarlanıb. Onu tapan zaman həyatını xilas etmək mümkün olmayıb.

Əcnəbi (Hindistanlı) olduğu deyilən qızın hansı səbəbdən sobanın içərisinə girməsi məlum deyil. Bunun iş saatlarında baş verib-verməməsi barədə isə  heç məlumat yoxdur. Yerli polis nümayəndələrinin sözlərinə görə, onları uzun müddət vaxt aparacaq mürəkkəb istintaq gözləyir. 

Nəşr qeyd edib ki, qız aşkar edildikdən sonra mağaza bir müddətlik bağlanıb. 

CBC-nin məlumatına görə isə, qızı anası tapıb. İstintaq davam etdiyi üçün polis əlavə məlumat verməkdən imtina edib. Jurnalistlərə açıqlama verən yerli Sınqx cəmiyyətinin rəhbəri qızın onların icmasının üzvü olduğunu təsdiqləyib. O bildirib ki, şəhərə “ümid, xəyal və arzu ilə” gələn gənclərin bu cür hadisələrdən  tez-tez əziyyət çəkirlər.

Tural

Seçilən
23
news365.az

1Mənbələr