Bakı. Trend:
Xaçmaz rayonunda növbəti ağacəkmə aksiyası Zəfər parkında təşkilolunub.
Trend xəbər verir ki,aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, YAP XaçmazRayon Təşkilatının sədri Məhəmməd Balaqadaşov, yerli hüquq mühafizəorqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisəvə təşkilatların kollektivləri eləcədə ictimaiyyət nümayəndələriiştirak ediblər.
Aksiya çərçivəsində Zəfər parkının ərazisinə 200-dən çox ağacəkilib. Əkilən ağaclar suvarılıb, onlara ilkin aqrotexniki qulluqgöstərilib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Xaçmaz rayonuərazisində yaşıllıqların artırılması məqsədilə tədbirlərin davametdirilməsi nəzərdə tutulur.