AZ

Nərimanov rayonunda dönərxananın fəaliyyəti məhdudlaşdırılıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Dönərxanalarda keçirilən monitorinqlər zamanı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi, məhəllə 1959 ünvanında yerləşən, fiziki şəxs Taleh Nizaməddin oğlu Nəcəfova məxsus "Bakinski Dönər Evi" ictimai iaşə obyektində bir sıra nöqsanlar aşkarlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, dönərin hazırlanmasında istifadə olunan məhsulların təhlükəsizliyinin təsdiqinə dair sənədlərinin mövcud olmadığı, mayonezin uyğun temperaturda saxlanması üçün müvafiq avadanlığın təmin edilmədiyi, divar səthlərinin gigiyenik materialla üzlənmədiyi və tamlığının pozulduğu, sanitar qovşağının qapısının yuma sahəsinə açıldığı, havalandırma sisteminin quraşdırılmadığı, təmizlik ləvazimatları üçün ayrıca sahə və ya dolabın təşkil edilmədiyi, ağzı kip bağlanan və qoxu yaymayan tullantı qablarından istifadə edilmədiyi, işçinin tibbi müayinədən keçmədiyi, sanitar geyimlə təmin olunmadığı, gigiyenik təlimə cəlb edilmədiyi və digər nöqsanlar müəyyən olunub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Seçilən
59
9
oxu.az

10Mənbələr