Bakı, TurkicWorld
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kazanda Rusiya lideri Vladimir Putinlə danışıqlar zamanı taxıl dəhlizinin bərpası, Ukrayna münaqişəsində əsir mübadiləsi və Qara dənizdə minatəmizləmə məsələlərini müzakirə edib.
TurkicWorld bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
"Hazırda əsirlərin mübadiləsi ilə bağlı addımları diqqətlə izləyirik və mövcud problemlərin diplomatik yolla həlli üçün mümkün olan hər şeyi etməyə davam edəcəyik", - Türkiyə lideri qeyd edib.
Xatırladaq ki, tərəflər arasında görüş Kazanda BRICS sammiti çərçivəsində oktyabrın 23-də baş tutub.