AZ

Özümüzü belə zəhərləyirik - Fast-food şəbəkələrində yayılan "E.coli" NƏDİR?

Gündəlik həyatda müxtəlif işlər görür, enerji xərcləyir və enerji ehtiyacımızı yemək yeyərək qarşılıyırıq. Yaşamaq üçün yeməyə ehtiyacımız var, lakin nə yediyimizi bilirikmi?  Düzgün, sağlıqlı qidalar qəbul edirikmi?

News24.az xəbər verir ki, zaman irəlilədikcə bütün nəsnələr dəyişdiyi kimi yediyimiz, istifadə etdiyimiz ərzaqlarında tərkibi dəyişir. Artıq hər mövsümdə istənilən meyvə-tərəvəzi tapmaq çox asanlaşıb. Ən sürətlisini, ən tezini istəyən, gözləməyə vaxtı olmayan yeni dünya insanı qidaların da tam vaxtında yetişməsinə səbr edə bilmir. Bunun üçün də insanlar müxtəlif “hiyləgərliklərə” əl atırlar. Onlardan biri də istixanadır. İstixanada yetişdirilən meyvə tərəvəzlərin ziyanları həm insanlara, həm də dünyayadır. Uyğun olmayan daxili iqlim şəraiti ilə göbələk və bakterial xəstəliklər ortaya çıxır, ətraf mühit çirklənir, tarazlıq pozulur. Hormonların, kimyəvi gübrələrin və dərmanların səhv və yüksək “dozalarda” tətbiqi insan sağlamlığına zərər verə bilər.

GMO  (Genetik Modifikasiya olunmuş Orqanizm) termini artıq bir çoxumuza məlumdur. Bəs GMO təhlükəlidirsə, niyə istifadə olunur?

Ümümiyyətlə bu kimi  sualları bircə cavabı var - məhsuldarlıq. GMO məhsulların qida dəyərini artırır, məhsulları həşəratlara və xəstəliklərə qarşı davamlı edir, məhsulun istehsal həcmini artırır. Məhsuldarlığı artırarkən GMO-nun ekologiya, insan sağlamlığına olan zərərlərini gözdən qaçırmaq olmaz. GMO allergik xəstəlikləri olan insanlara ölümcül təsir edə bilər. Həmçinin insanlarda hormonal sistemi pozur. Zəhər ifraz edən GMO kökləri zərərli tərkibini torpağa ötürür. Zəhər beləliklə, ətraf mühitə böyük təhlükə yarada bilir. Meyvə və tərəvəz alarkən diqqətli olmaq, onları mövsümünə uyğun seçmək və yemək lazımdır.

Qeyd edək ki, sağlamlığımıza qarşı təhlükələr bununla da bitmir. Marketlərdən aldığımız tərkibini bilinməyən paketli qidalar, müxtəlif heyvan ətləri də bizim sağlamlığımıza mənfi təsir edə bilir. Məsələn marketlərdən aldığımız toyuqlar. Həmin toyuqlar bəzən düzgün yeriyə, ayaq üstə dura belə bilmirlər. Çünki onlar vaxtından öncə, orqanları tam formalaşmadan sözün əsl mənasında müxtəlif iynə və dərmanlarla şişirdilir və süfrələrimizə gəlir.

Eyni zamanda, qarğıdalı bitkisi tez yetişdiyi və qiymət baxımından da sərf etdiyi  üçün günümüzdə, demək olar ki, hər paketli qidada istifadə olunur. Yediyimiz  bir çox işlənmiş qida  əslində qarğıdalını ağılla dəyişdirilərək istehsal olunmsı ilə əldə edilir. Yüksək fruktoza qarğıdalı siropundan istifadə olunan qidalar içərisində şirniyyatlar, şokoladlar, souslar, hazır  qidalar, şirin qazlı içkilər kimi gündəlik həyatda yediyimiz, istifadə etdiyimiz bir sıra qidalar az deyil. Bu siropun isə insan sağlamlığına saymaqla bitməyəcək qədər zərərləri var. Ən başlıcası isə obezlikdir.  Qarğıdalıdan həm də heyvanları yemləmək üçün də istifadə edirlər. Araşdırmalar nəticəsində məlum olub ki, qarğıdalı ilə bəslənən inəklər də E.coli 0157: H7 bakteriyası özünü göstərə bilir. Həmin bakteriyalı ətdən hazırlanan yeməklər insanlara bakteriyanı bulaşdıra hətta insanları öldürə bilər. Buna nümunə olaraq 2001-ci ildə Kevin adında 2 yaşlı uşağın E.coli O157: H7 bakteriyasından ölümünü göstərilə bilər.

Biz marketdən nəsə alarkən çox zaman onun tarixindən başqa heç bir nəyə diqqət etmirik. Neçə illər ərzində aldığımız, yediyimiz o qidaların tərkibini və zərərlərini bilmirik. Bir sözlə, öz pulumuzla ömrümüzdən alır, özümüzü ölümə sürükləyirik. Can sağlığımız həyatdakı ən dəyərli hədiyyəmizdir, onu qorumaq üçün isə bəzi məsələlərə diqqət etməliyik. Məsələn, təbii qidalara və ev yeməklərinə daha çox üstünlük verək. Hər zaman sağlıqlı qalaq.

Günel Məlikzadə

Seçilən
83
38
news24.az

10Mənbələr