AZ

Vüsal Şıxəliyev: Azərbaycanda 11 yol xəritəsi icra olunur

Hazırda Azərbaycanda 11 yol xəritəsi icra olunur.

“İki sahil” xəbər verir ki, bunu Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev Medianın İnkişafı Agentliyi ilə birgə keçirilən “Biznes mühiti üzrə islahatların və elektron dövlət xidmətləri barədə məlumatların kommunikasiyası” mövzusunda görüşdə bildirib.

"Ötən il bu rəqəm 12 olub. "Business Ready" hesabatının müvafiq indikatorları ilə bağlı təkmilləşdirmələrin və kommunikasiyanın həyata keçirilməsi ilə bağlı yol xəritələri təsdiq edilib. 2022-2024-cü illər üzrə ümumilikdə 27 Yol Xəritəsi təsdiqlənib", - deyə o qeyd edib.

V. Şıxəliyev, həmçinin Komissiyanın gördüyü işlər və məqsədi barədə məlumat verib, "azranking.az" portalının fəaliyyəti, burada işçi qruplarının qarşıdakı hədəfləri barədə məlumat almaq imkanının olduğunu diqqətə çatdırıb.

Seçilən
2
2
ikisahil.az

4Mənbələr