AZ

Moskvada Müslüm Maqomayevin xatirəsi anılıb

Moskvada estrada və opera müğənnisi, SSRİ və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin xatirəsi anılıb.

Bakıvaxtı.az xəbər verir ki, Maqomayev sənətinin pərəstişkarları və həmkarları sənətkarın Azərbaycan səfirliyinin yaxınlığında ucalan abidəsinin önündə toplaşıblar.

    Azərbaycanın Rusiyadakı səfirliyi, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi və “Crocus Group” şirkətlər qrupunun prezidenti Araz Ağalarovun adından müğənninin abidəsi önünə əklillər qoyulub.

    Müslüm Maqomayevin həyat yoldaşı SSRİ Xalq artisti Tamara Sinyavskaya mərasimdə çıxış edərək görkəmli sənətkarın xatirəsinə göstərilən diqqətə görə hər kəsə minnətdarlığını bildirib: “Bilirsiniz ki, Müslümün doğum günündə mən onun vətəninə gedirəm. Onun vətəni təkcə Azərbaycan deyil, həm də özünün də dediyi kimi, Rusiyadır”.

    Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Rəhman Mustafayev çıxışında qeyd edib ki, Müslüm Maqomayevin səsi və mahnıları bu gün də onun dünyadakı bütün pərəstişkarlarının qəlbini riqqətə gətirir. “Müslüm Maqomayev bütöv bir epoxadır və biz həmyerlimizlə fəxr edirik”,– deyə diplomat vurğulayıb.

    İş adamı, musiqiçi, Azərbaycanın Xalq artisti Emin Ağalarov Müslüm Maqomayevin bütün dövrlərin ən böyük, ən istedadlı artistlərindən biri olduğunu söyləyib: “Müslüm Maqomayevin vəfatından 16 il keçir, lakin mənim şəxsən tanıdığım bu böyük insanın siması getdikcə aydınlaşır. Müxtəlif şəhərlərə qastrol səfərinə gedirəm və onun “Mavi əbədiyyət” mahnısı səslənəndə, ekranda yaraşıqlı, güclü Müslüm Maqomayev görünür və tamaşaçılar onu ayaq üstə qarşılayırlar”, deyə sənətçi qeyd edib. apa

     

    Seçilən
    6
    5
    bakivaxti.az

    6Mənbələr