Müəllif: Tamara Mustafayeva, Banco.az
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 200 baza bəndi artırıb.
Banco.az xəbər verir ki, Rusiya Mərkəzi Bankı faiz dərəcələrini bazar proqnozlarından çox artırmaqla yanaşı, yeni faiz artımları üçün də qapıları açıq qoyub.
Bank uçot dərəcəsini 200 baza bəndi artıraraq 21 faizə çatdırıb.
Ekspertlər uçot dərəcəsinin 20 faizə çatdırılacağını gözləyirdilər.
Bununla yanaşı, mərkəzi bank növbəti iclasda da faiz artımına açıq olduğu mesajını verib.