AZ

Sabah bu yol bağlı olacaq

Oktyabrın 26-sı saat 08:00-dan etibarən Bilgəh-Novxanı-Sumqayıt yeni avtomobil yolunun Əjdər Məlikov küçəsi ilə kəsişməsində aparılan təmir-bərpa işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti 500 metr məsafədə tam olaraq məhdudlaşdırılacaq.

Bu barədə Publika.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Seçilən
1
29
publika.az

10Mənbələr