AZ

Oxford Universiteti ilə SDU-nun silsilə layihələri davam edir

Sumqayıt Dövlət Universiteti (SDU) və Oksford Universitetinin Saïd Biznes Məktəbi “İqlimin İdarəolunması Məktəbi”ni (Climate Management School) təşkil edir.

 

COP29 konfransı ərəfəsində, 15-16 noyabr tarixlərində keçirilməsi planlaşdırılan bu proqram davamlı tətbiqlər və ətraf mühitin idarəolunması sahəsində ali təhsil müəssisələrindən və sənayedən olan mütəxəssisləri bir araya gətirərək iştirakçılara praktik təlimlər təqdim etməyi hədəfləyir. 

 

Sfera.az bildirir ki, tədbirdə Oksford Universiteti və SDU-nun ekspertlərindən əlavə müxtəlif yerli və beynəlxalq qurumların aparıcı ekspertləri təlimçi qismində çıxış edəcəklər.

 

“İqlim İdarəetmə Məktəbi” iştirakçılara iqlim fəaliyyətlərini öz peşəkar layihələrindən daha geniş korporativ strategiyalara necə inteqrasiya etmək barədə dəyərli bilik və praktiki təcrübə təqdim edəcəkdir. İki gün davam edəcək tədbirin əsas məqsədi müasir dünyanın üzləşdiyi ən aktual ekoloji problemlərin həllinə innovativ yanaşmaları təşviq etməkdən ibarətdir.

 

Məktəb modern dünyanın üzləşdiyi ən mühüm problemlərdən olan iqlim böhranının həllinə yönəlmiş ortaq öhdəliyimizi vurğulayır. SDU-nun ev sahibliyi ilə həyata keçiriləcək bu proqram, həmçinin Azərbaycanın qlobal iqlim səylərində fəal iştirakını əks etdirməklə, ölkəni dünya miqyasında davamlılıq və ekoloji liderlikdə əsas oyunçu kimi nümayiş etdirir.

Seçilən
2
1
sfera.az

10Mənbələr