AZ

Ermənistan təmsilçisi necə “turan”çı oldu - rəy

Xanəndədən reaksiya: “Bilirlər ki, yaxın gələcəkdə dünyanın çox hissəsini Turan birliyi öz nəzarətinə alacaq”

Oktyabrın 21-22-də Qazaxıstanda “Voice of Turan-2024" (”Turanın səsi-2024") beynəlxalq musiqi müsabiqəsi keçirilib. Maraqlıdır ki, müsabiqənin qalibi Ermənistandan olan müğənni Suzanna Melkonyan olub. Festivalda 18-35 yaş arası 16 ifaçı çıxış edib.

Münsiflər heyətinin yekdil qərarı ilə Suzanna Melkonyan qalib elan edilib və bu, erməni ifaçının festivaldakı ilk qələbəsi kimi tarixə düşüb. Tədbirdə qalib iştirakçının təltif mərasimi də keçirilib.

Görəsən Ermənistanın və onun təmsilçisinin Turana və Turan anlayışına nə dəxli var? Məsələ ondadır ki, Melkonyan hansısa türk dövlətini yox, məhz Ermənistanı təmsil edib.

Rövşanə

İlkin Əhmədov

Məsələ ilə bağlı Musavat.com-a danışan əməkdar artist İlkin Əhmədov bildirib ki, Ermənistanı heç zaman dövlət kimi qəbul etməyib və onlara hər zaman hay tayfaları kimi baxıb: “Onlar mənşəyi bilinməyən haylardır. Onlar bir dövlət kimi hansısa müsabiqədə özlərini göstərə bilmirlər. Ona görə də özlərini türkdilli dövlətlərin müsabiqələrinə soxuşdururlar. Bilirlər ki, yaxın gələcəkdə dünyanın çox hissəsini Turan birliyi öz nəzarətinə alacaq. Ermənilər də indidən özlərini sığortalamaq istəyirlər. Özlərini Turana sırımaq və pöhrələnib orada pis əməllərini törətmək istəyirlər. Deyirlər, bizə dəyməyin, qoyun yetim, yesir kimi ərazinizdə yaşayaq.

Türk dövlətləri isə buna imkan verməyəcək.  Hər kəs bilməlidir ki, hayların yaşadığı ərazi qədim türk torpaqlarıdır.  Bizim torpağın suyundan içdiyi üçün Suzanna xanımın bir balaca istedadı yaranıb, indi özünü müsabiqədə iştirak etməklə göstərir. Onlar qəbul etməlidirlər ki, indi müvəqqəti yaşadıqları yer bizim torpaqlarımızdır.

Erməni sənətçiləri bizim musiqimizin hesabına yaşayırlar. Musiqi və rəqslərinin 90 faizi Azərbaycana məxsusdur. Sırtıq millətdir.  Hətta Üzeyir Hacıbəyovun, Qara Qarayevin də musiqisini mənimsəməyə cəhd edirlər. 

Bu bədbəxtlər kənardan necə gülünc görsəndiklərini bilmirlər. Tarixi qələbəmizdən sonra ümumiyyətlə, biabırçı vəziyyətə düşüblər. İndi onların özlərini zavallı kimi göstərməkləri də işə yaramır. Ömür boyu özlərini zavallı kimi göstərib, bizə zülmlər ediblər.  Həmişə də murdar dövlətlərə sığınıblar. Həmin o murdar dövlətlər indi bizə yaltaqlanır. Allah bizim şanlı ordumuzu qorusun. Ermənilərin nəyi var ki? Paytaxtları Azərbaycan şəhəridir, geyimlərini oradan-buradan götürüblər, yeməklərini bizdən oğurlayıblar. Dilləri Hindistanın ayaq dəyməyən ucqar yerlərində yaşayan qəbilələrin dilidir.  Bu millətin kökü, irsi, musiqisi yoxdur.  Tayfa halında gəliblər, tayfa halına da qayıdacaqlar. 

Əvvəllər onların oğurluğuna qıcıqlanırdım. Vətən müharibəsindəki biabırçı məğlubiyyətlərindən sonra artıq fikir vermirəm.  Onsuz ki, biabır olublar. Suzanna müsabiqədə iştirak edir?! Cəhənnəmə, gora iştirak etsin. Artıq qıcıq olmuram, Turan birliyinin qarşısında diz çökürlər".

Xanəndə qastrol səfərlərində ermənilərlə qarşılaşmasından da danışıb:

“Vətən müharibəsindən sonra erməni musiqiçilər bizimlə üz-üzə gəlməkdən qaçırlar. Yessuntukidə taksidə gedirdik. Qarabağdan, müharibədən danışırdıq. Sonradan bildik ki, sürücümüz erməni olub. Bizimlə Azərbaycan dilində danışırdı.  Məğlubiyyətdən sonra erməni olduqlarını gizlədirlər, özlərindən utanırlar.

Avropa ölkələrindən birində yaşayan azərbaycanlı danışırdı. Deyirdi, müharibəyə qədər bizimkilərə psixoloji basqı edirmişlər. Qəsdən tez-tez Qarabağa aid mahnılar oxuyurmuşlar, Kəlbəcər, Laçın deyirmişlər. İndi isə həmin replikaları atanlar görsənmirlər.

Çində İpək Yolu festivalı keçirilirdi. Orada bu mənfurların rəqsləri olmalı idi. Son anda tədbirdən imtina etdilər. Bizimlə üz-üzə gəlməkdən utandılar".

Şahanə RƏHİMLİ,
Musavat.com

 

Seçilən
47
4
musavat.com

8Mənbələr