“Xəzər Lənkəran” klubunun sabiq baş məşqçisi Elbrus Məmmədov vəfat edib.
Msport.az xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib.
Mütəxəssis 52 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, E.Məmmədov Azərbaycanın U-21 millisinin məşqçisi olub. O, müxtəlif vaxtlarda “Xəzər Lənkəran”, Sumqayıt”ın əvəzedici komandası və “İrəvan” klublarında baş məşqçi vəzifələrində çalışıb.