Çində genişmiqyaslı antikorrupsiya tədbirləri çərçivəsində 589 min vətəndaş cəzalandırılıb.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bunu Çinin İntizam Təftişi üzrə Mərkəzi Komissiyasının saytında dərc edilmiş bəyanat sübut edir.
Qeyd olunur ki, söhbət bu ilin yanvar-sentyabr aylarında baş vermiş yoxlamalardan gedir.
“Ümumilikdə 2972 iş əlavə araşdırmalar üçün prokurorluğa göndərilib”, - hesabat müəllifləri qeyd edirlər.
Bundan əvvəl Çin Futbol Assosiasiyasının keçmiş vitse-prezidenti Li Yuyi rüşvətxorluğa görə 11 il müddətinə azadlıqdan məhrum edilib.
Bizim.Media