AZ

Şəkidə qəza - Beş yaşlı uşaq xəsarət aldı

Şəki rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Dünən saat 13 radələrində Şəki rayonunun Kiçik Dəhnə kəndi ərazisində Xəzər Salamovun idarə etdiyi VAZ-2107 markalı avtomobillə Rəşid Rüstəmzadənin idarə etdiyi VAZ-21099 markalı avtomobil toqquşub.

Hadisə nəticəsində VAZ-2107 markalı avtomobilin sərnişini, Oxud kənd sakini, 2019-cu il təvəllüdlü Dəniz Xəzər qızı Salamova xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: oxu.az

Seçilən
10
5
oxu.az

10Mənbələr