Yaşıl dünya naminə həmrəylik İli” çərçivəsində Nərimanov rayonu ərazisində növbəti ağacəkmə aksiyası keçirilib.
Yaşıllıq zolaqlarının artırılmasını, ətraf mühitin mühafizəsini təşviq etməklə ekoloji tarazlığın qorunması və sağlamlaşdırılması məqsədilə təşkil olunan aksiyada Nərimanov Rayon İcra Hakimiyyətinin, həmçinin müxtəlif idarə, müəssisə və təşkilatlarının rəhbərləri, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İştirakçılar tərəfindən aksiyanın keçirildiyi ərazi təmizlənərək orada paytaxtın torpaq-iqlim şəraitinə uyğun ağaclar əkilib.
Aksiya çərçivəsində ərazidə əkilən ağaclar suvarılıb, onlara ilkin aqrotexniki qulluq göstərilib.