AZ

“Maşının üstündən düşməyib, gərək zorla düşürəydilər…” –Tuneldə batan Elnurun xanımı

Oktyabrın 22-də yağış suları ilə dolu Sabunçu tunelində ölən 48 yaşlı Elnur Şirinov Bakıdan Kürdəmirə topdan şatış çörək daşımaqla məşğul olub. 

Onun xanımı Aygün Şirinova BBC-yə bildirib ki, ərinin fövqəladə vəziyyətdə qalması ilə bağlı ailəsinə heç bir məlumat verilməyib.

“Fövqəladə Hallar Nazirliyinin işçiləri orada olub. Yoldaşım maşının üstündə olub. Ona deyiblər düş, düşməyib. Amma heç kəs gedib onu oradan zor gücünə də olsa, dartıb götürməyib ki, sən suda boğula bilərsən. Biz bu işin peşəkarıyıq, sən bilmirsən. Ona kömək etməyiblər. Göz görə-görə yoldaşım orada boğulub”, – Aygün Şirinova BBC-yə deyib.

Fövqəladə Hallar Nazirliyindən bu ittihamla bağlı BBC-yə bildirilib ki, prokururluq hadisə ilə bağlı araşdırma aparır.

“Bu insan gündəlik çörəyinin dalıyca gedən bir insan idi. Çörəyə gedirdisə, ailəsini saxlayırdı, çörəyə getmirdisə, yox. Bir dəfə getməyinə 25 manat pul verirdilər. İki balasını kim saxlayacaq, bizim artıq heç bir məlumatımız yoxdur”, Aygün Şirinova bildirib.

Seçilən
17
1
azpost.info

2Mənbələr