AZ

Havanın çirklənməsinin qarşısı alınır...  

Oktyabrın 1-dən  noyabrın  1- dək respublika ərazisində " Təmiz hava" aylığı keçirilir. Hər bir qayda olaraq ölkəmizin ərazisində " Təmiz hava" aylığına " yaşıl işıq" yandırılır. Təbii ki, bu da ekologiyamızın  və təmiz havamızın  qorunmasına xidmət edir! Çünki təmiz hava, həm də sağlam həyat deməkdir.

Bu il isə ölkəmizdə keçiriləcək COP- 29 əlaqədar olaraq dünyamızı və yaşıl aləmimizi qorumaq məqsədilə   ölkəmiz Ekologiya və Təbii Sərvətlər Nazirliyi DİN - min Baş Dövlət Yol Polisi İdarəsi ilə birlikdə oktyabrın  1-dən noyabrın 1-dək respublika ərazisində  " Təmiz hava" aylığına start verib.  Artıq ilk gündən bəri xeyli vaxt keçib. Yəni oktyabrın 25- nə kimi Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ölkə ərazisində davamlı olaraq  tədbirlər keçirib və atmosfer normadan artıq zərərli qazların atılması faktlarını üzə çıxarıb. Keçirilən reydlər zamanı aydınlaşıb ki, bir çox müəssisə, istehsalat sahələrindən, eləcə də nəqliyyat vasitələrindən havaya normadan artıq zərərli qazlar tullanıb.  Aparılan maarifləndirmə və təbliğat işlərinə baxmayaraq yenə bəzi hüquqi, vəzifəli və fiziki şəxslər qanunu pozublar.

Onlar qanunu pozmaqla təbiətə və cəmiyyətə ziyan vurublar. Aydındır ki, noyabrda Bakıda keçiriləcək məhz beynəlxalq tədbir də dünyamızı quraqlıqdan və ekoloji təhlükədən xilas etməyə  yönəldilib. Yəni dünyamızı tək ekoloqlar və yol polisi deyil, bizim hər birimiz qorumalıyıq və ən azından onu çirkləndirməməliyik!  Və çirkləndirənlərin  də qarşısını almalıyıq.  Baş Dövlət Yol Polisi İdarəsinin ekoloji nəzarət bölüyündə keçirilən tədbirlər zamanı çoxlu sayda nəqliyyat vasitələrindən atmosferə normadan artıq zərərli qazların atılması halları aşkarlanıb. Bu reydlər zamanı  onlarla sürücü qanunu pozduğuna görə 50 manat məbləğində cərimə edilib.  Reyd zamanı sürücüləri izah edilib ki,  idarə etdikləri nəqliyyat vasitələrində  yaranmış texniki nasazlığı aradan qaldırsınlar.Əgər qaldırmasalar cərimə edildiklərini baxmayaraq , ikinci dəfə yenidən inzibati məsuliyyətə cəlb olunacaqlar!  

Baş Dövlət Yol Polisi İdarəsinin avtotexniki  müfəttişlik  şöbəsinin rəisi , polis polkovniki Xalid  Əzimov bizimlə söhbətində dedi ki,  " Təmiz hava" aylığı ilə bağlı tədbirlər respublikamızın bütün ərazisini əhatə edir. Əməkdaşlarımız həmin tədbirlərdə iştirak edir. Keçirilən tədbirlər  bir daha göstərir ki, heç də  bütün hüquqi, vəzifəli və fiziki şəxslər öz üzərinə düşən vəzifəni məsuliyyət yerinə  yetirmir.Məhz tədbirdə  də belə insanlar inzibati məsuliyyətə cəlb olunublar.  Məlum olub ki, atmosferi ən çox çirkləndirən  " Kamaz", " Kiraz" və digər yük maşınları və sovet istehsalı olan" VAZ" markalı avtomobillərdir.Eyni zamanda istismar müddəti başa çatmış nəqliyyat vasitələrindən  də  atmosferə zərərli qazlar atılır.  Ona görə də hər bir sürücü məsuliyyətli olmalı və qanunlara hörmətlə yanaşmalıdır. Tədbirlərimiz davam edir. Bir daha müxtəlif nəqliyyat vasitələrinin sürücülərinə müraciət edərək deyirik ki,  təmiz havamızı qorusunlar, avtomobillərdə mövcud nöqsanları vaxtında aradan qaldırsınlar ki, təkrarən inzibati məsuliyyətə cəlb edilməsinlər.  

Biz hamımız qanunlara əməl etsək, atmosferimiz də  təmiz olar, həm də sağlam yaşayarıq!

Emil Faiqoğlu        

Seçilən
41
adalet.az

1Mənbələr