AZ

Premyer Liqa: “Zirə” “Araz-Naxçıvan” üzərində qələbəni əldən verdi

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 11-ci turunun oyunları keçirilir.

Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Mərdəkanda baş tutub.

Burada “Araz-Naxçıvan” və “Zirə” komandaları üz-üzə gəliblər. Bu, sözügedən komandaların Premyer Liqada 5-ci görüşü idi. Əvvəlki 4 oyunda “Araz-Naxçıvan”ın 2, “Zirə”nin 1 qələbəsi vardı. Bir oyunda da heç-heçə qeydə alınmışdı.

Elə bu oyunda da heç-heçə qeydə alınıb. Hesabı ilk hissədə “Zirə” açsa da, matçın sonlarında Naxçıvan təmsilçisi məğlubiyyətdən xilas olmağı bacarıb.

Premyer Liqa
11-ci tur
26 oktyabr

“Araz-Naxçıvan” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əkbər Əhmədov.
VAR: İnqilab Məmmədov.
AVAR: Namik Hüseynov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Mərdəkan. “Dalğa Arena”. Saat 16:00.

Araz-Naxçıvan: 12. Kristian Avram, 34. Ürfan Abbasov (k) 3. Bəxtiyar Həsənalızadə, 26. Ömər Buludov, 24. Mustafa Əhmədzadə, 16. Ramon Maçado, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 97. Felipe Santos.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Slavik Alxasov, 6. Vadim Abdullayev, 7. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 21. Sezar Meza Kolli, 17. İssuf Paro, 10. Bernardo Dias.
Baş məşqçi: Elmar Baxşıyev.

Zirə: 97. Tyaqo Silva, 7. Məqsəd İsayev, 8. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 11. Rüstəm Əhmədzadə, 4. Ruan Renato (k), 10. Georgi Papunaşvili, 23. Rafael Utziq, 3. Ange Mutsinzi, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 21. Hacıağa Hacılı, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 22. İldar Ələkbərov, 5. Stefan Akka, 90. Davit Volkov, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 24. Yusuf Laval, 18. Junior Martins, 17. Ayron Qomis.
Baş məşqçi: Rəşad Sadıqov.

Seçilən
5
2
arena.az

10Mənbələr