AZ

“Daxili işlər naziri ilə əlaqə saxlaya bilmirəm” - “Hökumtin rəsmi xətti işləmir...”

Gürcüstan Prezidenti Salome Zurabişvili növbəti dəfə polisi seçki pozuntularına reaksiya verməyə çağırıb.

Zurabişvili videomüraciətində deyib ki, o, daxili işlər naziri Vaxtanq Qomelauri ilə əlaqə saxlaya bilmir: “Əlaqə saxlaya bilmədiyim daxili işlər nazirinə müraciət etmək istəyirəm. Təəssüf ki, administrasiyam onun müavini ilə də əlaqə saxlaya bilmir. Hökumətin rəsmi xətti işləmir və ondan xahiş etmək istəyirəm ki, polisin reaksiyasını tezləşdirsin. Biz imkan verə bilmərik ki, seçki məntəqələrimizdə bu cür gərginlik olsun”.

Prezident həmçinin qeyd edib ki, “seçici fəallığı çox yüksəkdir və bu, çox yaxşı əlamətdir”.

Qeyd edək ki, parlament seçkilərinin işıqlandırılması zamanı “TV Birinci”nin çəkiliş qrupu zorakılıqla üzləşib. Prezident deyir ki, jurnalistlər ağır şəraitdə işləməli olurlar.

“AzPolitika.info”

Seçilən
22
azpolitika.info

1Mənbələr