AZ

Gürcüstanda ekzit-poll təşkilatları nəticələri elan ediblər - » AzadMedia.az



Gürcüstanda keçirilən parlament seçkilərində müxalifət və iqtidar yönümlü ekzit-poll təşkilatları nəticələri elan ediblər.

Azadmedia.az xəbər verir ki, müxalifət telekanalı "Mtavari"nin sifarişi əsasında "Harryy X"in exzit-poll nəticələrinə əsasən, Gürcü Arzusu Partiyası 42 faiz, müxalifət partiyaları isə ümumilikdə 48 faiz səs toplayıb.

Belə ki, "İmedi" telekanalının sifarişi ilə QORBİ təşkilatı tərəfindən keçirilən ekzit-poll nəticələrinə əsasən isə:

- Gürcü Arzusu - 56,1%,

- Dəyişiklik üçün Koalisiya – 12,6%,

- Birlik - Milli Hərəkat – 11,6%,

- Güclü Gürcüstan – 7%,

- Gürcüstan üçün Xoşbəxtəm – 4,8% səs toplayıb.

Qeyd edək ki, Gürcüstanda parlament seçkisində 18 partiya mübarizə aparır.
Seçilən
16
4
azadmedia.az

9Mənbələr