AZ

Ağbənddən Salam Məlikə dəmir yolu çəkiləcək

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında Naxçıvan Muxtar Respublikasının dəmir yolunun yenidən qurulması üçün layihə sənədləri hazırlandığını deyib.

O qeyd edib ki, artıq Horadiz–Ağbənd istiqamətinə doğru dəmir yolu sürətlə çəkilir. Bir müddət bundan əvvəl gerçəkləşən İran səfərinin isə əsas məqsədi Ağbənd–Salam Məlik istiqamətində çəkiləcək dəmir yolu xətti layihəsinin həyata keçirilməsi ilə bağlı idi. Həmin səfər zamanı qonşu ölkə tərəfdən keçəcək dəmiryol xəttinin marşrutu bir daha müzakirə olunub. Ən uyğun və optimal marşrut, demək olar ki, razılaşdırılıb, körpülərin yerləri və dəmiryol xəttinin keçəcəyi marşrutla bağlı son danışıqlar aparılır.

Xatırladaq ki, İranın ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu və Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru əlaqəsi təmin edəcək dəmir yolu xəttinə dair konseptual layihə ötən il razılaşdırılıb. 110,4 kilometr uzunluğu olan Horadiz–Ağbənd dəmir yolu xətti üzrə işlərin isə 2025-ci ildə tamamlanması nəzərdə tutulub.

Seçilən
1
3
xalqqazeti.az

10Mənbələr