AZ

İsraildə 4.9 bal gücündə təkanların səbəbi açıqlandı

Bu gün səhər İsrailin şimalında - Hayfadan Colan təpələrinə qədər yeraltı təkanlar barədə məlumatlar daxil olub. Həyəcan siqnalı aktivləşdirilib.

Oxu.Az-ın Newsru.co.il-ə istinadla verdiyi məlumata görə, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi həm Şərqi Aralıq dənizində, həm də Ölü dəniz bölgəsində zəlzələ hiss edildiyi barədə xəbər yayıb.

Kanalın məlumatına görə, adətən, İsraildə zəlzələ xəbərdarlığı 4.5 və daha yüksək maqnituda zamanı işə düşür. Ancaq müxtəlif media orqanlarında təkanlarn 4.9 bal gücündə olduğu barədə məlumatlar yayılıb.

EMSC sistemində isə təkanların maqnitudasını müəyyən etmək çətin olub.

Tezliklə İsrail Müdafiə Ordusu (SAXAL) məlumatı dəqiqləşdirib. Məlum olub ki, "Hizbullah"ın yer altında yerləşən böyük silah anbarı partladılıb. Görünür, bu, yeraltı təkanların hiss edilməsinə və həyəcan siqnalının aktivləşməsinə səbəb olub. SAXAL vurğulayır ki, heç bir təhlükə yoxdur.

Mənbə: oxu.az

Seçilən
23
13
oxu.az

10Mənbələr