Dövlət Əmək Müfəttişliyi Xidməti və “Azercell Telekom” arasında məhkəmə çəkişməsi davam edir.
NOCOMMENT.az Pravda.az-a istinadən xəbər verir ki, Xidmətin iddiası üzrə növbəti məhkəmə prosesi Nəsimi Rayon Məhkəməsinin hakimi Vüsalə Musayevanın sədrliyi ilə noyabrın 5-də keçiriləcək.
Bu iş üzrə Bakı Şəhəri 32 saylı Notariat Kontoru da məhkəməyə verilib.
Qeyd: “Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalovadır. O, 3 ildir, bu vəzifəni icra edir.