AZ

“Azərbaycana qarşı döyüşmək şansımız yoxdur -demarkasiya tərəfdarıyam...” - Erməni komandir

Yazını böyüt
Yazını kiçilt

“Bu gün bizim azərbaycanlılara qarşı döyüşmək şansımız yoxdur, ona görə də mən demarkasiyanın tərəfdarıyam”.

Hafta.az xəbər verir ki, “Armtimes” nəşrinin məlumatına görə, bunu İrəvanda - “Erablur” panteonunda jurnalistlərlə söhbətində I Qarabağ savaşında Azərbaycana qarşı döyüşlərdə terror qrumu kimi tanınan “Yerkrapa” könüllüləri hərbiləşmiş təşkilatının komandir Sasun Mikayelyan deyib.

“Mən demarkasiyanın tərəfdarıyam, çünki bu gün bizim azərbaycanlılara qarşı döyüşmək şansımız yoxdur. Azərbaycan 20 il silahlanırdı, biz isə parçalandıq. “Yerkrapa” ordu rəisinin qoyduğu əmanəti davam etdirir və indi biz sərhəddə, təxminən 7-8 istiqamətdəyik, indi isə “Yerkrapa” Ermənistan Respublikasının sərhədini qoruyur”, - deyə Mikayelyan qeyd edib.

Seçilən
21
hafta.az

1Mənbələr