AZ

Özbəkistanda parlament seçkiləri baş tutmuş hesab edilib

Özbəkistanda parlament seçkilərində seçici fəallığı 47,62 % olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Bahrom Kuçkarov bildirib. 

Onun sözlərinə görə, seçici fəallığı seçkilərin baş tutmuş kimi tanınması üçün tələb olunan 33 %-lik həddi keçib.

Bu gün Özbəkistanda parlamentin aşağı palatası - Ali Məclisin Qanunvericilik Palatasına və yerli şuralara (xalq deputatları şuralarına) seçkilər keçirilir. İlk dəfədir ki, seçkilər majoritar sistemlə deyil, qarışıq seçki sistemi ilə - majoritar və proporsional sistemlə keçirilir.

Seçilən
7
9
iqtisadiyyat.az

6Mənbələr