İspaniyanın \"Barselona” klubunun futbolçusu Lamin Yamal rekorda imza atıb.
AZXEBER.COM \"Qafqazinfo”ya istinadən xəbər verir ki, ispaniyalı oyunçu buna La Liqanın 11-ci turunda \"Real” qalib gəldikləri matçda fərqlənməklə nail olub.
Yamal \"El Klasiko”da qol vuran ən gənc futbolçudur. O, bunu 17 yaş 106 günündə bacarıb.
Qarşılaşma \"Barselona”nın 4:0 hesablı qələbəsi ilə başa çatıb.