Türkiyədə azadlıqdan məhrum edilən saxta din adamı Adnan Oktarın sərvətinin dövlətə təhvil verilməsi prosesinin tamamlandığı bildirilir.
Referans.az lent.az-a istinadən xəbər verir ki, məhkəmə Oktarın işi ilə bağlı apellyasiya şikayətini iyul ayında başa çatdırıb.
O cinayətkar qruplaşma yaratmaq və idarə etmək, cinsi zorakılıq və cinsi təcavüz, təhsil və təhsil hüququnun qarşısının alınması və şəxsi azadlıqdan məhrum etmə maddələrinə görə 8463 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.
Əldə olunan məlumata görə, məhkəmə prosesinin yekunlaşmasından sonra Adnan Oktarın 200 milyon dollar maddi və əmlakı da daxil olmaqla ümumilikdə 1 milyard dollara yaxın sərvəti müsadirə olunub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta