Bakı. Trend:
Səudiyyə Ərəbistanı yığmasının yeni baş məşqçisinin adıdəqiqləşib.
Trend İdman.biz-əistinadən xəbər verir ki, komandaya Erve Renar rəhbərlikedəcək.
Fransalı mütəxəssis artıq 1 dəfə komandanın baş məşqçisivəzifəsini yerinə yetirib. Renar 2019-2023-cü illərdəsəudiyyəlilərlə əməkdaşlıq edib. Yığma onun rəhbərliyi iləDÇ-2022-nin final mərhələsində çıxış edib. O, Qana, Zambiya,Anqola, Fil Dişi Sahili və Mərakeş kimi ölkələrin millisində dəfəaliyyət göstərib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı uğursuz nəticələrdən sonraRoberto Mançini ilə yollarını ayırıb.