AZ

Rusiyada vilayət rəhbərliyi məktəblərdə hicabı qadağan edib

Rusiya Federasiyasının Vladimir vilayətində yerli icra hakimiyyəti məktəblərdə şagirdlərin dini mənsubiyyətini nümayiş etdirən geyimlərin geyinilməsini qadağan edib.

Musavat.com yerli mediaya istinadla xəbər verir ki, bu barədə Regional Təhsil və Gənclər Siyasəti Nazirliyi əmr verib.

Nazirliyin “İbtidai ümumi, əsas ümumi və orta ümumi təhsilin təhsil proqramlarında şagirdlərin geyiminə dair standart tələblərin təsdiq edilməsi haqqında” adlanan əmrində bildirilir: “Şagirdin dini mənsubiyyətini nümayiş etdirən geyim və onun elementlərini (o cümlədən hicab, niqab və s.) geyinmək yolverilməzdir”.

Regional nazirlik Rusiyanın dünyəvi dövlət olduğunu xatırladıb.

Musavat.com

Seçilən
64
1
musavat.com

2Mənbələr