AZ

Təl-Əviv yaxınlığında yük maşını avtobus dayanacağına çırpılıb...

İsrailin paytaxtı Təl-Əviv yaxınlığındakı Glilot qovşağında yük maşını avtobus dayanacağına çırpılıb, nəticədə 40 nəfər yaralanıb.

SİA xəbər verir ki, bu barədə İsrailin təcili yardım xidməti və polis məlumat yayıb.

Xilasetmə xidməti bildirib ki, yaralılar İsrailin mərkəzindəki altı xəstəxanaya aparılıb. Onlardan 6 nəfərin vəziyyəti ağırdır, 7 nəfər orta-ağır, qalanları isə yüngül xəsarət alıb.

“Times of Israel” qəzeti isə Təl-Əvivdəki tibb mərkəzinin məlumatlarına istinadən 1 nəfərin öldüyü, 32 nəfərin yaralandığı barədə məlumat yayıb.

İsrail polisi bunun qəsdən hücum olduğunu bildirib. Yük maşınının sürücüsü avtobus dayanacağında sərnişinləri endirmək üçün dayanmış avtobusu vurub.

Polis hadisə yerində olan mülki şəxslərin sürücüyə atəş açaraq, onu “zərərsizləşdirdiyini” bildirib.

Seçilən
32
sia.az

1Mənbələr