AZ

Deputat Elçin Mirzəbəyli Ağsu sakinləri ilə görüşüb - Fotolar

Deputat

Milli Məclisin deputatı Elçin Mirzəbəyli oktyabr ayının öncədən müəyyənləşdirilmiş və elan edilmiş qrafikinə uyğun olaraq, növbəti fərdi vətəndaş qəbulunu Ağsu şəhərində və rayonun Bozavand kəndində keçirib. Müraciət edən hər kəs ayrı-ayrılıqda dinlənilib, müraciətləri qeydə alınıb və dərhal həll edilməsi mümkün olan məsələlərlə bağlı müvafiq addımların atılmasına qərar verilib.

Bunu Reyting.az-a Ağsu rayonundan deputat seçilmiş Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, digər müraciətlərdə yer alan şəxsi problemləri ən qısa vaxtda sistemləşdirib təhlil etdikdən sonra həllinə çalışacaqlar.

E. Mirzəbəyli əlavə edib ki, Ağsu sakinləri ilə şəhərdə, daha sonra isə Bozavand kəndində keçirdikləri görüşlərdən sonra, Ağsu Tədris Mərkəzində yaradılan şəraitlə tanış olub, həyata keçirilməsi mümkün olan layihələr haqqında müzakirələr aparıblar.

Milli Məclisin üzvü deyib ki, Ağsu Tədris Mərkəzində xeyirxah və vətənsevər şəxslər tərfindən yaradılan şərait, bu təhsil ocağının yaranma tarixçəsi və səbəbləri, bütövlükdə nümunə kimi qəbul oluna bilər.

O, tezliklə Ağsuda təhsilin keyfiyyətinin yüksəldilməsi və rayonun bölgənin keyfiyyətli təhsil mərkəzlərindən birinə çevrilməsi ilə bağlı təkliflərini müvafiq qurumlara təqdim edəcəklərini bildirib.





[b]
[b]
Seçilən
8
2
reyting.az

3Mənbələr