AZ

Ermənistan bu ölkə ilə birləşəcək – Erməni görücü

Yaxın vaxtlarda Ermənistanda hakimiyyət dəyişikliyi olmayacaq. Amma gələcəkdə Baş nazir Nikol Paşinyanın yerinə ermənicə danışmağı bilməyən, rusca danışan biri gələcək.

Ölkə.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu erməni ekstrasens İnara Qriqoryan deyib.

Ekstrasens Ermənistanın Rusiya ilə ittifaq dövlətinin tərkibinə daxil ola biləcəyini istisna etmir.

Onun sözlərinə görə, Ermənistan yazda təhlükə ilə üz-üzə qalacaq, amma bunun mütləq müharibə formasında olması şərt deyil:

“ABŞ seçkiləri çox vacib olacaq, mən bir təhlükə görürəm. Heç bir şey sakit olmayacaq. Mən Ermənistanda dəyişikliklər, mart, aprel, may aylarında təhlükə görürəm. Təhlükə böyükdür, amma demirəm ki, mütləq müharibə olacaq”.

İnara Qriqoryan İrandan ölkəsinə təhlükə proqnozlaşdırıb:

“İranla münaqişə görürəm. İran ciddi müharibəyə girsə, Ermənistan mütləq zərər çəkəcək.

2025-ci ildə Nikol Paşinyan hələ getməyəcək, onun yerinə rusca danışan birinin gəldiyini görürəm. Əvvəllər də söyləmişdim ki, Paşinyanın həyatı təhlükədədir, o təhlükə keçməyib”.

Seçilən
6
7
olke.az

9Mənbələr