İranda avtobus qəzaya uğrayıb.
Avtosfer.az "Azad iran"a istinadən xəbər verir ki, bu gün günorta saatlarında Tehranda özəl sektora məxsus avtobus qəza keçirib. Məlumata görə, insident avtobusun 3 avtomobil və 3 motosikletlə toqquşması nəticəsində baş verib.
Bildirilib ki, qəzada bir nəfər ölüb, beş nəfər isə yaralanıb.