AZ

İsrailin İrana hücumu nefti ucuzlaşdırdı

Bazar ertəsi Yaxın Şərqdən gələn xəbərlərin dəyərləndirilməsi əsasında, neft 4,5% ucuzlaşıb.

 

Yenisabah.az “MarketWatch”ə istinadla xəbər verir ki, oktyabrın 26-na keçən gecə İsrail İranın hərbi obyektlərinə silsilə hava zərbələri endirib. Bu hücum İsrailin oktyabrın 1-də İran qüvvələrinin ölkəyə etdiyi hücuma cavabı olub.

İsrailin İranın neft obyektlərinə hücum etməməsi, eləcə də ümumilikdə hücumun miqyasının gözləniləndən daha kiçik olması treyderlərin münaqişənin mümkün gərginləşməsi ilə bağlı narahatlıqlarını azaldıb.

"Infrastruktur Capital Advisors" şirkətinin baş direktoru Cey Hatfild bildirib: "İsrailin hücumu enerji infrastrukturuna təsir etməyib və əhatə dairəsi məhdud olub. Bu, çox güman ki, İranla birbaşa münaqişə qorxularını azaldacaq".

"Cebheinfo.az"

Seçilən
42
cebheinfo.az

1Mənbələr